• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Saatların gətirdiyi problem

Saatların gətirdiyi problem
28.05.2020 22:54
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, hər il olduğu kimi, bu il də oktyabr ayının son bazar günündə, yəni oktyabrın 25-də saatların əqrəbləri bir saat geri çəkiləcək.

Bununla da ölkədə mart ayının son bazar günündən etibarən tətbiqi edilən yay vaxtı ləğv ediləcək.

Qərarın həyata keçirilməsinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Zəfər Əliyev Trend-ə bildirib ki, saatların irəli və ya geri çəkilməsi ilə vaxt rejimi süni şəkildə dəyişdirildiyindən insanlarda bioloji ritmlər pozulur, rejimləri dəyişdiyindən adətləri üzrə həmişə gördükləri işləri bir qədər gec görməli olurlar. Bütün bu hallar sonda insanlarda psixoloji durumun pisləşməsinə, yuxusuzluğun yaranmasına səbəb olur. Bu dəyişikliyə qarşı ən həssas qruplar məktəb yaşlı uşaqlar və yaşlı insanlardır. Belə hallar yaşlı insanlarda ürək-damar, sinir sistemi xəstəlikərinin güclənməsinə gətirib çıxarır.

Z.Əliyevin fikrincə, əqrəblərin irəli və ya geri çəkilməsinin insan səhhətində yaratdığı fəsadlar onun yaşından, sağlamlıq durumundan, hansı növ əmək fəaliyyəti ilə məşğul olmasından asılı olaraq, müəyyən müddət müşahidə edilə bilər. Adətən, insanlar bu dəyişikliyin fəsadlarını səhhətlərində ən azı bir həftə ərzində hiss edirlər.

Bununla belə, professor hesab edir ki, saatların əqrəbinin il ərzində bir dəfə geri və ya irəli çəkilməsinin insan səhhətinə vurduğu zərəri azaltmaq üçün müəyyən profilaktik tədbirlər görmək olar. Bunun üçün insanlar saatların əqrəblərinin irəli və ya geri çəkildiyi tarixdən 1-2 həftə əvvəl öz yuxu rejimlərini tədricən dəyişməlidirlər. Bu müddətdə insanlar yatma və oyanma vaxtlarını hər gün ərzində 10-15 dəqiqə dəyişməlidirlər. Bu, sonda insanlarda narahatlıq hallarını azalda bilər: "İnsanlar gündə 5 dəqiqə belə öz rejimlərini dəyişsələr, sonda onlar üçün yaxşı effekt verər. Bununla, insan öz orqanizmini daha tez yuxuya getməyə, daha tez yuxudan oyanmağa öyrəşdirir. İnsanlar səhhətlərində hər hansı problemin yaranmaması üçün açıq havada daha çox olmağa, vaxtlı-vaxtında qidalanmağa da çalışmalıdırlar".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol