• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

“Sahil” bağında qətl törədən şəxs danışdı: “İt arvadıma hürdü..." - VİDEO

“Sahil” bağında qətl törədən şəxs danışdı: “İt arvadıma hürdü...
08.01.2015 13:08
"Sahil” bağında qətl törədən şəxs danışdı: "İt arvadıma hürdü, mən də sahibindən iti kənara çəkməyi tələb etdim”

Yanvarın 6-da "Sahil” bağında qətllə nəticələnən insidentin təfərrüatları məlum olub. Səbayel rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov artıq ilkin ifadə verib. Onun sözlərinə görə, həyat yoldaşı Leyla Çobanova Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır. İnsident sonuncu kurs tələbəsi olan Leyla Çobanova dərsdən çıxıb rəfiqələri ilə evə qayıdan zaman baş verib. "Sahil” bağından keçərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 və 29,120.2.7 maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

APA TV
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol