• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

​SOCAR dizel ixcracını 3 dəfə artırdı

​SOCAR dizel ixcracını 3 dəfə artırdı
01.07.2016 23:16
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2016-cı ilin iyun ayında 33 816 ton dizel yanacağı, 15 157 ton təyyarə yanacağı, 6 535 ton yüksək təzyiqli polietilen, 1 252 ton mütləqləşdirilmiş izopropil spirti, 6 873 ton maye piroliz qətranı, 2 099 ton propilen və 3 401 ton butilen butadien fraksiyası ixrac edib. 

"Report”a SOCAR-ın mətbuat xidmətindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrünə nisbətən dizel yanacağının həcmi 22 min 594 ton yaxud 3 dəfə çoxdur.

Ümumilikdə, 2016-cı ilin yanvar-iyun ayları ərzində 389 223 ton dizel yanacağı, 128 738 ton təyyarə yanacağı, 2 298 ton soba mazutu, 46 896 ton yüksək təzyiqli polietilen, 7 385 ton mütləqləşdirilmiş izopropil spirti, 35 215 ton maye piroliz qətranı, 23 245 ton propilen və 10 085 ton butilen butadien fraksiyası ixrac edilib.

Bu il ixrac edilən dizel yanacağının həcmi illik müqayisədə 20,87% azalıb, təyyarə yanacağı 24,37%, soba mazutu isə 67,42% artıb.

Hesabat ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 496,47 dollar/ton, təyyarə yanacağı 451,40 dollar/ton, dizel yanacağı 431,56 dollar/ton, 1% kükürdlü mazut 247,03 dollar/ton, yüksək təzyiqli polietilen 1 138,75 dollar/ton, butilen butadien fraksiyası 464,93 dollar/ton, maye piroliz qətranı 496,47 dollar/ton, propilenin qiyməti 652,50 avro/ton, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 840 avro/ton təşkil edib.

Neft məhsullarından etilləşdirilmiş benzinin qiyməti 27,94%, təyyarə yanacağı 21,75%, dizel yanacağı 23,19%, 1% kükürdlü mazut 25,59% ucuzlaşıb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İqtisadiyyat 14:55
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
İqtisadiyyat 11:03
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:33
Qızılın qiyməti ucuzlaşıb


Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
İqtisadiyyat 09:35
Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
İqtisadiyyat 09:14
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
İqtisadiyyat 17:45
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol