Tramp “həqiqi” xəbərlər paylaşmaq üçün “Facebook” kanalını açıb

ABŞ prezidenti Donald Tramp həqiqi xəbərlər paylaşmaq üçün özünün "Facebook” kanalını açıb.
anews.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, "Facebook” kanalına prezidentin gəlini Lara Tramp başçılıq edəcək.
ABŞ prezidentinin kanalında ilk post hələ 20 iyulda yerləşdirilib. Prezidentin gəlini Lara 23 milyon izləyiciyə müraciət edərək, onları hər həftə xəbərlər buraxılışını izləməyə çağırıb.
"Biz sizə ancaq faktları təqdim edəcəyik, xəbərləri izləyin”, - deyə Lara bildirib.
Ağ Ev yayılan ilk videonun necə çəkildiyini və Lara Trampın D.Trampın kommunikasiyalar üzrə komandasının üzvü olduğu barədə məsələyə münasibət bildirməyib. Bundan əvvəl Lara Tramp "İnside Edition” ("Daxili buraxılış”) verilişinin prodüseri olub və tez-tez D.Trampın lehinə çıxışlar edib.
D.Tramp seçkiqabağı kampaniyası zamanı KİV-ə qarşı mübarizə aparmağa başlayıb. Onun qənaətinə görə, onların əksəriyyəti "yalan” xəbərlər yayır.
Trampın sözlərinə görə, başda CNN olmaqla, KİV onun rəqibi Hillari Klintonu dəstəkləyib. O, prezident olandan sonra da KİV ona hücumları dayandırmayıb. O, tez-tez "Twitter”dəki hesabı vasitəsilə KİV-i tənqid edir. Bir müddət əvvəl ABŞ prezidenti "Twitter”dəki hesabını bağlamayacağını açıqlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 