• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

"Windows 10" əməliyyat sisteminin satışına başlanıldı

29.07.2015 21:37
Yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq

Bu gün dünya miqyasında "Windows 10” yeni əməliyyat sisteminin satışına başlanılıb. "Report” bildirir ki, bu barədə "Microsoft” Korporasiyasının məlumatında deyilir.

Ötən ilin sentyabrında təqdim edilən "Windows 10” sisteminin son 14 ildə versiyaları oktyabr-noyabrda çıxıb, lakin bu dəfə Korporasiya payızı gözləməmək qərarına gəlib.

"Windows 7” və "Windows 8.1” sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə yeni platformanı il ərzində pulsuz quraşdırmaq mümkün olacaq. Digər qurğular üçün nəzərdə tutulan "Windows 10”un bazara sonradan çıxarılacağı gözlənilir. Korporativ versiyalarda - "Windows 7” korporativ, "Windows 8/8.1” korporativ və "Windows RT/RT 8.1” korporativdə yenilənmələr pulsuz olmayacaq.

"Microsoft”un əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayersonun sözlərinə görə, "Windows 10”un quraşdırılacağı qurğuların sayı 2018-ci maliyyə ilinədək 1 milyardı ötəcək.

Bildirilir ki, "Windows 10”da əvvəlki "Start” menyusu yenidən yer alacaq və "Cortana” səsli köməkçisi quraşdırılacaq. Onu səsli və ya mətnli komandalar vasitəsi ilə idarə etmək mümkün olacaq. "Cortana”, həmçinin istifadəçinin "Windows” sistemli müxtəlif qurğularda işi bərpa etməyə imkan verəcək.

"Windows Hello” biometrik identifikasiya sistemi kompüterə şəxsi mobil qurğularda biometrik autentifikasiyanın köməyi ilə parolsuz daxil olmağa imkan verəcək. Yeni platformada daha bir yenilik "Office 2016” ofis əlavəsi və "Microsoft Edge” brauzerinin quraşdırılmasıdır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
İqtisadiyyat 14:55
Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
İqtisadiyyat 11:03
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:33
Qızılın qiyməti ucuzlaşıb


Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
İqtisadiyyat 09:35
Dünya bazarlarında neftin qiyməti 67 dolları ötüb
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
İqtisadiyyat 09:14
Mərkəzi Bank dolların məzənnəsini 1,7 manatda saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
İqtisadiyyat 17:45
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirib
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
İqtisadiyyat 14:08
Sahibkarlar üçün rahat və çevik həll - Yelo Mobil POS
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
İqtisadiyyat 13:31
Azərbaycanda dizel yanacağının istehsalı 4 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol