• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

“Xəzər adaları”ndan xəbər var

“Xəzər adaları”ndan xəbər var
12.04.2015 19:00
İndiyə qədər "Xəzər adaları” layihəsinə 1 milyard 157 milyon dollar pul qoyulub. Fins.az-ın məlumatına görə, bu barədə jurnalistlərlə görüşündə layihənin müəllifi,  "Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) məlumat verib. Onun sözlərinə görə, bu vəsaitin 1,1 milyard dolları onun şəxsi vəsaitidir: "Qalan 57 milyon dolları bankdan kredit kimi cəlb etmişəm, buna görə də 70 milyon dollar qaytaracağam”.

Bununla belə, layihə üzrə 1-ci adanın tikintisini başa çatdırmaq üçün Hacı İbrahimə əlavə 2 milyard dollar pul lazım olacaq. Onun sözlərinə görə, bu pul da layihəyə qoyulsa 2018-ci ildə, ən geci isə 2020-ci ildə 1-ci ada hazır olacaq. Amma hazırda tikilən adada yaşayış 2016-cı ildən başlanacaq. Gələn ildən etibarən burada 6-7 min insanın yaşayacağı gözlənilir.Tədricən bu rəqəm 60 minə çatacaq.

Mənzillərin 1 m2-ni 5 min dollara satır

Hazırda "Xəzər adaları”nda mənzillərin 1 m2-nin qiyməti 5 min dollardır. Hacı İbrahimin sözlərinə görə, bu məbləğin 2 min dolları maya dəyəri, 2 min dolları isə kommunikasiyaların qurulmasına çəkilən xərcdir: "Hər m2-in üstünə 1000 dollar qoyulur. Amma bu pul təmiz mənfəət deyil. Çünki vergilərin ödənilməsi, gözlənilməz xərclər da həmin məbləğ hesabına təmin olunur”.

"Xəzər adaları”nda mənzil almaq üçün azı 300 min dollar pul lazımdır. Çünki, ən kiçik mənzilin ölçüsü 60 m2-dən az deyil. Mənzilləri şirkətdaxili ipoteka kreditləşməsi yolu ilə də əldə etmək olar – ilik 4%-lə, 15 il müddətinə.

Hacı İbrahim deyir ki, mənzil alandan sonra onu qaytarmaq istəyənlər əmlakı ilk növbədə onun özünə təklif edə bilərlər: "Mən 1-ci alıcı kimi mənzilin pulunun 80%-ni ödəyib onu geri almağa hazıram. Sata bilir, daha baha satsın”.

"Devalvasiya mənə təsir etməyib”

"Xəzər adaları”nda satışın dollarla həyata keçirilməsi Hacıya manatın ucuzlaşdırılmasından itkisiz çıxmağa kömək edib. Onun sözlərinə görə, adada əmlak alanlar əsasən xaricilər olduğundan satış əvvəlcədən xarici valyuta ilə həyata keçirilib: "İndiyə qədər 200 ev satmışam, bunun 180-i kənardan gələnlər, xarici millətlərin nümayəndələridir. Azərbaycanlılar da var. Onlar isə əsasən Rusiyada yaşayanlardır”.

Mənzil fonduna pay verməyəcək

"Xəzər adaları”ndan Azərbaycan hökumətinin mənzil fonduna pay verilməsi nəzərdə tutulmayıb. Hacı İbrahimin sözlərinə görə, bu məsələ baş tutsa adada mənzillərin 1 m2-nin qiyməti 2 min dollara belə düşə bilər. Bu isə ümumilikdə layihəni dəyərdən sala bilər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol