• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Zaur Baxşəliyev cinayət məsuliyyətinə cəlb edilə bilər

Zaur Baxşəliyev cinayət məsuliyyətinə cəlb edilə bilər
13.12.2019 10:52
Yasamal Rayon Məhkəməsində "Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov və "Azad Azərbaycan" telekanalının "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyevə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclası keçirlib.

Anews.az xəbər verir ki, Müşfiq Abbasov "report"a bildirib ki, şikayətçi Mehriban Həsənova onun və Z.Baxşəliyevin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib:
"Hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda şikayət əsassız olması səbəbilə icraata qəbul etməkdən imtina edildi".

Qeyd edək ki, şikayətə Müşfiq Abbasovun evin əlindən alınması ilə bağlı sosial şəbəkədə və Zaur Baxşəliyevin aparıcı olduğu "Bizimləsən" verilişində açıqlama verməsi səbəb olub.

Müşfiq Abbasov bildirib ki, M.Həsənovanın həyat yoldaşı Taleh Həsənov 2006-cı ildə öz baldızı qızı, fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Gülrux Həsənovanın adına "Təməl-N” MTK-dan ev alıb:
"Hadisədən 3 il sonra Taleh Həsənov dünyasını dəyişib. Taleh Həsənov özü o evə gəlib-getsə də, onun həyat yoldaşı Mehriban Həsənova heç vaxt orada olmayıb, yaşamayıb və onun adına da heç vaxt heç bir sənəd olmayıb. Lakin Mehriban Həsənova ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib”.

M.Abbasov qeyd edib ki, 2013-cü ildə G.Həsənovadan həmin evi 145 min dollara alıb:
"Evin də "kupçası" saxta imiş və saxta çıxarışa əsasən də mənə çıxarış verilib. Hətta, bu, belə olduğu halda mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı dövlət notariusu təsdiqləyib və sonra Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ona əsasən mənə çıxarış verib”.

Xatırladaq ki, M.Həsənova G.Həsənovanı, ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsini və üçüncü şəxs qismində isə "Təməl-N” MTK-nı məhkəməyə verərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüquqlarının bərpa edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələb irəli sürüb.

Bu işlə bağlı proses yuxarı məhkəmə instansiyalarında davam edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol