1 həftə ərzində nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

17:06 | 06.05.2024
1 həftə ərzində nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

1 həftə ərzində nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

2024-cü il 29aprel-5 may aralığında işğaldan azad olunmuş ərazilərdə 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
   
Bir həftə ərzində 2046.3 hektar ərazi minalardan təmizlənib.  
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb