Yaxın bir həftə ərzində ölkə üzrə bütün məktəblərdə jurnalların paylanılması məsələsi yekunlaşacaq. Bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən tədbir görüləcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.
"Jurnallarla bağlı yubanmalar olur. Hazırda bu istiqamətdə təchizat işləri aparılır. Sxıntı olması ilə bağlı məlumatlıyıq. Yaxın 1 həftə ərzində bütün məktəblər jurnalla təmin olunacaq", - qurum sədri bildirib.
Bağırov məktəblərdə istiliklə bağlı məsələyə də aydınlıq gətirirək söyləyib ki, noyabrın 15-nə kimi bu məsələ tam həlləini tapacaq.
"İstiliklə bağlı hazırlıq prosesi davam edir. Noyabrın 15-də uşaqlar payız tətilində olacaq. Hesab edirik ki, onlar məktəbə qayıdana kimi bu məsələ tam həll olacaq", - agentlik sədri qeyd edib.
Azərbaycanda COP29 tədbiri ilə bağlı məktəblilərin payız tətili 12-22 noyabr arasında olacaq.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !