1 kiloluq dolu yağdı - Rekord göstəricilər

00:36 | 10.01.2015
1 kiloluq dolu yağdı - Rekord göstəricilər

1 kiloluq dolu yağdı - Rekord göstəricilər

Ən böyük qar dənəsinin hara yağdığını bilirsinizmi? Yaxud ən uzun müddətli quraqlığın nə vaxt baş verdiyini?  ANN.Az hava şəraiti ilə bağlı ən maraqlı tarixi faktları oxucuların diqqətinə təqdim edir:

28 yanvar 1887-ci il
Ən böyük qar dənəsi




Tarixdə ən böyük qar dənəsinin diametri 38 santimetr olub. Ən iri dənəli qar ABŞ-ın ən soyuq ştatı kimi tanınan Montananın qərbinə - Yellow Stone Ulusal Parkına yaxın Fort Keogh qəsəbəsinə düşüb.


1903-cü ilin oktyabrından - 1918-ci ilin yanvar ayına qədər
Ən uzunmüddəti quraqlıq





14 il 173 ay çəkən quraqlıq Çilinin Arişa şəhərində baş verib. Bu müddət ərzində əraziyə bir damcı olsun yağış düşməyib.


13 sentyabr 1922-ci il
Ən yüksək tempratur




Yer Kürəsində indiyə qədər qeydə alınan +57.8 C tempratur Liviyanın Əziziyyə adlı ərazisində qeydə alınıb. İndiyə qədər bu rekord göstərici təkrar olunmayıb.


4 iyul 1956
1 dəqiqədə ən çox yağan yağış




Göstərilən tarixdə ABŞ-ın Marylənd ştatının Yunionvilla qəsəbəsində metreoroloji fenomen gerçəkləşib - bir dəqiqə ərzində qəsəbəyə 31.2 mm yağıntı düşüb. Statistik göstəricinin digər maraqlı tərəfi odur ki, yağış eyni sürətlə düz bir saat çəkib.


9 iyul 1958-ci il
Ən yüksək dalğa




Alyaskada yerləşən Lituya körfəzində meydana gələn meqasunami zamanı dalğaların hündürlüyü 524 metrəyə qədər qalxıb. İndiyə qədər bu böyüklüyündə dalğa müşahidə edilməyib.


7-8 yanvar 1966-cı il
Bir gündə düşən ən çox yağış




Denisa qasırğası zamanı Hind Okeanında yerləşən Fok-Fok adasına 24 saat ərzində 1,825 metr yağış düşüb.


1982-ci il
Ən çox illik yağıntı




Havay adalarına 1982-ci ildə ümumilikdə 17.903 metr yağış düşüb.


21 iyul 1983-cü il
Ən aşağı tempratur




Keçmiş SSRİ-nin Antarktidackı araşdırma mərkəzi Vostok Stansiyasında dünya tarixinin ən aşağı temprafturunu qeydə alıb - "- 89.2C".


14 aprel 1986-cı il
Ən ağır dolu




Bu dolunun ağırlığı 1 kiloqram olub. Rekord göstərici Banqladeşın Qopalganj bölgəsinə düşüb.


19 aprel 1996-cı il
Ən şüddətli külək




Ən şiddətli küləklər Avstraliyanın Barrou adasında qeydə alınıb. - saniyədə 407 kilometr.


2005-ci il
İl ərzində ən çox ildırım çaxması




Demokratik Konqo Respublikasının ildırımların çaxması ilə məşhur olan Kifuka şəhərində 2005-ci ildə hər kvadratmetr əraziyə 158 ildırımın düşməsi qeydə alınıb.



Hazırlad NURAY
ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM