1 may yürüşləri qarşıdurmalarla yadda qaldı

11:08 | 02.05.2015
1 may yürüşləri qarşıdurmalarla yadda qaldı

1 may yürüşləri qarşıdurmalarla yadda qaldı

Avropada 1 may əmək günü ilə əlaqədar keçirilən yürüşlər sonda qarşıdurmalara səbəb olub. Əsasən, Almaniya, Yunanıstan və Ukraynada anarxist qrupların iştirakı ilə baş tutan aksiyalar zorakılıqlarla yadda qalıb.

Ukraynanın paytaxtı Kiyevdə millətçilər "az iş, uzun ömür” şüarları ilə çıxış edən anarxist qrupa müdaxilə ediblər. Özlərini "Muxtar millətçilər” elan qrup aksiyanı dağıtmağa çalışıb. Tərəflər arasında yaranmış gərginlik təhlükəslizlik əməkdaşlarının səyləri nəticəsində yatırılıb. Polis zorakılıq törədən azı 15 nəfəri həbs edib.

Almaniyanın paytaxtı Berlində fəalların etiraz yürüşləri yürüş iştirakçıları ilə polis arasında qarşıdurmaya çevrilib. Fəallar polisə daş, şüşə və yanıcı maddələr atıblar. Polis zorakılıq törədən bir neçə nəfəri həbs edib.

Yunanıstanın paytaxtı Afinada da oxşar hadisələr yaşanıb. Bir qrup fəal molotov kokteylləri ilə polisə hücum edib.

Cənubi Koreyada da əmək günü hökumətə qarşı çıxışlarla yadda qalıb. Paytaxt Seulda toplaşan fəallar hökumətin əmək siyasətinə qarşı, eyni zamanda, keçən il 300-dən çox insanın ölümünə səbəb olan hadisələrlə əlaqədar şüarlar səsləndiriblər. Aksiya zamanı polis prezident sarayına doğru irəliləyən qrupu dayandırıb. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı azı 10 nəfər həbs olunub.//ANS

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM