1 milyard dollar qaçırıldı

20:45 | 25.02.2015
1 milyard dollar qaçırıldı

1 milyard dollar qaçırıldı

Qərb diplomatik mənbələrin verdiyi məlumatlara görə, Türkiyə və Dubay üzərindən İslam Respublikasına 2014-cü ilin martından indiyə kimi 1 milyard dollar ötürülüb. Nüvə proqramına qarşı tətbiq edilən embarqo nəticəsində İran beynəlxalq bank sistemindən çıxarılmışdı.
 

ANN.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qanunsuz pul transferində İran Mərkəzi Bankının əhəmiyyətli rol oynadığı ifadə edilir. "Reuters"ə danışan mənbələr pul transferinin Dubay və Türkiyədən İrana hava uçuşlarını həyata keçirən kuryerlər vasitəsilə çamadanla, yaxud İraq-İran sərhədindən qaçaqyolçuluq yolu ilə keçirildiyi ifadə olunub.
 
Pul İrana buraxılmadan öncə Dubay, Birləşmiş Ərəb Əmirlikləri və İraqdakı vasitəçilərdə saxlanıldığı iddia edilir.
 
Mövzu ilə bağlı türk hökumətinin rəsmiləri hər hansı açıqlama verməyib. İran Mərkəzi Bankı və Birləşmiş Ərəb Əmirlikləri də pul transferi haqqında danışmayıblar.
 
Pul transferinin qarşılığında istifadə olunan ötürücü firmalara transfer qarşılığında neft və ya dihrəm ilə ödəmə aparılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM