• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Avropa İttifaqı Türkiyə hakimiyyətini tənqid etdi

Avropa İttifaqı Türkiyə hakimiyyətini tənqid etdi
18.07.2016 17:37
"Türkiyə hərbi çevriliş cəhdindən sonra beynəlxalq hüquqa zidd olaraq repressiyalar həyata keçirir”.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, saxlanılan insanların siyahıları qabaqcadan hazırlanıb: "Bizim qorxduğumuz da bu idi. Mən və Federika Mogerini çevriliş cəhdindən sonra baş verənlərin qanunun aliliyinə dair beynəlxalq standartlara uyğun olacağını gözləyirdik. Müşahidə etdiklərimiz isə göstərir ki, həmin standartlara əməl olunmur”. 
 
Türkiyə hökumətinin baş verənlərdən öz maraqları naminə yararlanıb-yararlanmadığı haqda suala Y. Han belə cavab verib: "Ən azı, bu hazırlıq var idi. Siyahıların hadisələrdən sonra ortaya çıxması göstərir ki, bu məqamdan faydalanmaq üçün qabaqcadan hazırlıq olub”. 
 
Xatırladaq ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra minlərlə hərbçi, polis, hakim, prokuror həbs edilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Dünya 11:17
Dünyanın ən məşhur su kanalları və boğazları - SİYAHI
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Dünya 11:02
Məşhur yazıçı müsəlmanların müdafiəsinə qalxdı
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Dünya 10:51
Qəzaya uğrayan helikopterə Azərbaycan səfiri də minməliymiş
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Dünya 10:51
Kubadan tibb aləminə QİÇS MÜJDƏSİ
Prezidentin ad günü menyusunda fil və aslan əti
Dünya 10:35
Prezidentin ad günü menyusunda fil və aslan əti
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünya 10:15
Bakı Avropanın ən romantik şəhərləri siyahısında
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Dünya 09:43
Dünyanın ən çox silah alan ölkələri - SİYAHI
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Dünya 09:39
Azərbaycanın hərbi sirləri açıldı - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol