1 milyard manata Londonda klub almaq istəyən azərbaycanlı kimdir? - FOTOLAR

16:38 | 05.08.2021
İngiltərə mətbuatında 946 milyon 930 min 600 manat dərəyində futbol klubu almaq istəyən azərbaycanlı barədə məlumat yayılıb.

 "Hammers.news" xəbər verir ki, İngiltərədə təxminən 1 milyard manat dəyərində futbol klubu almaq istəyən şəxs tanınmış azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu nəsib Piriyevdir. Satınalma barədə işləri yerinə yetirən şirkətindən verilən məlumatda Nəsib Piriyevin 1986-cı ildən bəri "West Ham FC” və İngiltərə millisinin fanatı olduğu bildirilib:

"Piriyev futbol klubunun beynəlxalq fəaliyyətini inkişaf etdirmək istəyir. O, son 15 ildə Rusiya, Orta Asiya və Uzaq Şərqdə çoxsaylı layihələri uğurla inkişaf etdirib. Bu layihələr arasında Azərbaycanda ən müasir metanol zavodu olan bir neft-kimya kompleksinin inkişafı, bir sıra Orta Asiya dövlətlərində neft -qaz kondensat emalı zavodlarının mühəndisliyi, inkişafı və inşası və beynəlxalq neft məhsulları ticarəti şirkətinin qurulması aiddir".


Nəsib Piriyevin atası Nizami Piriyev ad-soyadını Azərbaycan Respublikasına daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ölkəmizə səfər edən zaman tanıdıb.

Bleyeri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Bleyerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi.

Ölkəmizdə həmçinin "KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı.

Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli Piriyevlərin sərvəti barədə məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.(Yeniavaz)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM