• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın sabiq müdafiə nazir müavini 13 il azadlıqdan məhrum edildi

Rusiyanın sabiq müdafiə nazir müavini 13 il azadlıqdan məhrum edildi
01.07.2025 17:57

Moskva Şəhər Məhkəməsi Rusiya Müdafiə Nazirliyinin sabiq müavini Timur İvanovu mənimsəmə və cinayət yolu ilə əldə olunmuş gəlirləri leqallaşdırma ittihamı ilə 13 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Məhkəmə həmçinin İvanova 100 milyon rubl cərimə təyin edib və onun dövlət mükafatlarını əlindən alıb. Onun və ailə üzvlərinin daha əvvəl həbs qoyulmuş bütün əmlakı dövlətin xeyrinə müsadirə olunub.

İvanovun keçmiş tabeliyində olan Anton Filatov isə mənimsəmə işi üzrə 12,5 il müddətinə azadlıqdan məhrum edilib və 25 milyon rubl cərimələnib.

Məhkəmə İvanov və Filatovdan zərərçəkmiş tərəflərin iddiaları üzrə 3,5 milyard rublun ödənilməsinə qərar verib.

Onlar Kerç boğazı üçün iki bərənin alınması və “Interkommerts” bankından 3,9 milyard rublun çıxarılması ilə bağlı vəsaitlərin mənimsənilməsində ittiham olunurdular.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol