Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycan Mədəniyyət Nazirliyi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda görkəmli kino və teatr aktrisası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Elmira Şabanovanın noyabrın 25-də 86 yaşında vəfat etdiyi bildirilib.
Qeyd olunub ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. O, 1962-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsini, 1969-cu ildə isə Rejissorluq fakültəsini bitirib.
1962–1997-ci illərdə həmin ali təhsil ocağında pedaqoji fəaliyyət göstərən sənətkar gənc aktyor nəslinin yetişməsinə töhfə verib.
Elmira Şabanova “Səhər”, “Qəm pəncərəsi”, “Təhminə”, “Fəryad” və digər filmlərdə yaratdığı obrazlarla Azərbaycan kino sənətində iz qoyub. O, həmçinin radio və televiziya tamaşalarında müxtəlif rollar ifa edib.
Aktrisa 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezidentin fərdi təqaüdçüsü olub.
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.



Son xəbərlər 
Daha çox 




















