• $
  • €
  • ₽
  • ₺
  • £

Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
13.11.2026 16:50

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə gənc bəstəkarların iş və dolanışıq problemi yaşadığını, onların əsərlərinin isə yetərincə ifa olunmadığını açıqlayıb.

“Bu gün ən acınacaqlı vəziyyətdə bizim bəstəkarlar yaşayırlar. Artıq diplomda ‘bəstəkar’ sözü yazılmır”, -Əlizadə bildirib.

Onun sözlərinə görə, bəstəkarlıq fakültələri tədricən bağlanır və ya başqa fakültələrlə birləşdirilir. O, akademiyanın bəstəkarlıq fakültəsinin rəhbərindən son illərdə bu ixtisasa qəbul üçün müraciətlərin demək olar ki, olmadığını eşitdiyini söyləyib.

Əlizadə bəstəkarların əsərlərinin alınması və ifa olunması ilə bağlı da problemlər olduğunu qeyd edib. O bildirib ki, 2007-ci ildən Mədəniyyət Nazirliyinin alqı-satqı komissiyasının üzvüdür, lakin komissiyanın iclaslarından və hansı əsərlərin alındığından xəbərdar deyil.

“Gənc bəstəkarlar mənim yanıma gəlib ağlayırlar.

‘Firəngiz xanım, bizim dolanışığımız yoxdur. Bizə iş verilmir’”, – o deyib.

Əlizadənin sözlərinə görə, bəzi gənc bəstəkarlar restoranda musiqi ifa edərək qazandıqları pulla kirayə haqqını ödəyirlər.

Bəstəkar müsabiqədə mükafat qazanan və ya yubileyi keçirilən sənətçilərin əsərlərinin belə bəzən səsləndirilmədiyini deyib. “Müsabiqədə laureat olur, ifa olunmur. Yubiley olur, əsəri ifa olunmur”, – Əlizadə bildirib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol