Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib

Hörmüz boğazında hərəkət qaydalarını pozduğu bildirilən gəmi dəniz minasına düşüb.Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, mayeləşdirilmiş təbii qaz daşıyan gəmi naviqasiya və identifikasiya sistemlərini söndürərək xəbərdarlıqlara məhəl qoymayıb və qadağan olunmuş əraziyə daxil olub. Nəticədə gəmidə partlayış baş verib və yanğın başlayıb.
SEPAH daha əvvəl İranın müəyyən etdiyi qaydaları pozaraq icazəsiz şəkildə Hörmüz boğazından keçməyə çalışan gəmilərin dəniz minasına düşmək təhlükəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Korpus boğazın Tehranın tam nəzarəti altında olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl İran ordusu da Hörmüz boğazının şərq hissəsində neft tankerində yanğın baş verdiyini və gəminin hərəkətinin dayandığını açıqlayıb.
Son xəbərlər 
Daha çox 























