Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
“Mercedes Vito” markalı sərnişin avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində ölüb. Daha bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər 
Daha çox 























