1 milyon dollarlıq Bugatti artıq Azərbaycanda - FOTO

15:35 | 29.04.2015
1 milyon dollarlıq Bugatti artıq Azərbaycanda - FOTO

1 milyon dollarlıq Bugatti artıq Azərbaycanda - FOTO

Bakıya 1 milyon dollarlıq avtomobil gətirildi.

Oxu.Az xəbər verir ki, şahidlər lüks avtomobilin fotolarını paytaxt küçələrin birində çəkiblər.

Fotodakı maşının qiyməti bir milyondan (dollar) çox olan "Bugatti Veyron Mansory linea vincero d'oro” avtomobilidir. Avtomobil tuninq edilib.

"Sportcar”-ın orta qiyməti 1 milyon 250 min ABŞ dolları təşkil edir.

"Bugatti Veyron” avtomobilinin maksimal sürəti 431 km/s təşkil edir.

7993 см³ (8 litr) mühərriklə təchiz olunmuş bu modellər 1020-1040 at gücünə malikdir.

Avtomobil 100 km/s sürəti 2.5 saniyəyə yığır.

Qeyd etmək Bugatti Veyron-un tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdimedildiyi Tokio avtosalonunda başlayıb. Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda publikaya təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilindı "Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb.  

2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib. 

Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi.

Avtomobilin istehsalı artıq dayanıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM