10 tonluq piroq bişirilib

14:30 | 05.01.2014
10 tonluq piroq bişirilib

10 tonluq piroq bişirilib

Meksikanın paytaxtı Mexiko şəhərində yanvar ayının 6-da keçiriləcək “3 kralın günü” bayramı münasibətilə 10 tonluq piroq bişirilib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, piroqdan dadmaq üçün şəhərin mərkəzi meydanına 200 mindən çox insan toplaşıb. Meksikanın Sosial İnkişaf naziri deyib ki, bu bayram insanların bir-birilə ünsiyyət yaratmağına kömək edəcək. 

Qeyd edək ki, piroqun hazırlanmasında bir neçə şirniyyat şirkətləri yaxından iştirak edib. Piroqun kəsilməsi mərasimində Mexiko şəhərinin meri Miqel Anxel Mansera da iştirak edib.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür