Şərqi Ukraynada artilleriya atəşi həbsxananı dağıdıb və 100-dən çox təhlükəli məhbus qaçıb.
Artilleriya atəşində bir məhbus ölüb.Donetsk şəhər şurası elan edib ki, qaçanlar çox təhlıükəli məhbuslardır. Onlar qətllərə, quldurluğa və zorlamağa görə həbsdə yatırdı.
Ukrayna ordusunun sözçüsü Lysenko isə deyib ki, ordu Donetski şəhərini tam ələ keçirmək üçün son zərbəyə hazırlaşır.
Hazırda ordu Donetskin Luhansk ilə əlaqəsini kəsməyə çalışır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !