Bakıda 100 min
manata tutuquşu satılır.
Onu bu qədər bahalı edən nitq qabiliyyətinin olmasıdır. "Qu-Qu” adlı tutuquşu 30-35 söz bilir.
Quşun sahibi Ramil Qədimov 6 yaşlı tutuquşunu 4 il əvvəl başqa birindən alıb. Danışmağı sevən quş, çox vaxt evdə tək qalır. Bərbər işləyən Ramil Qədimov bunun quşun sağlamlığına və nitqinə pis təsir etdiyini deyir. Məhz bu səbəbdən də onu satmaq istəyir. Saytlara elan verən Ramil Qədimovun dediyinə görə, ona daha çox Türkiyə vətəndaşları zəng edir.
Tutuquşu günəbaxan tumu, giləmeyvələrlə qidalanır. Çəhrayı quyruqlu, boz quş kaprizləri ilə də diqqət çəkir. Qəfəsdə dəyişiklik etdikdə küsəyənliyini və etirazını günlərlə yemək yeməməklə bildirir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !