12 döyüş təyyarəsi şosseyə endi - VİDEO

20:03 | 29.08.2019
12 döyüş təyyarəsi şosseyə endi - VİDEO

12 döyüş təyyarəsi şosseyə endi - VİDEO

Rusiya Silahlı Qüvvələrinin Mərkəz hərbi dairəsində keçirilən maddi-texniki təchizat bölmələrinin təlimləri çərçivəsində 12 Su-34 döyüş təyyarəsi və 2 An-26 nəqliyyat təyyarəsi Tatarıstanda Avropa ilə Çini birləşdirən şose yoluna enib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müvafiq videokadrları Rusiya Müdafiə Nazirliyinin YouTube kanalı yayıb.
Müdafiə Nazirliyi bildirir ki, iri avtomagistrallar layihələndiriləndə orada döyüş və nəqliyyat təyyarələrinin enməsi üçün sahələr də nəzərə alınır. "Tatarıstandakı belə sahələrdən birində səhra aerodromu təşkil edilib, orada yanacaq-sürtkü materiallarının anbarı, habelə digər zəruri infrastruktur yaradılıb. Bu da uçuş aparatlarının enməsinə və uçuşa hazırlanmasına imkan verir”,-məlumatda deyilir.
Təlimlərin gedişində ilk dəfə perspektiv ATZ-20 yanacaqdolduranı da sınaqdan keçirilib. Bu texnika dəqiqədə 1.2 ton yanacaq vurur və təyyarəni 5 dəqiqədən də az müddətdə yanacaqla tam doldurmağa imkan verir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM