13 gündür aclıq elan edən sabiq diplomat Emin İbrahimovun səhhəti normaldır. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından bildirilib.
"1 avqust 2024-cü il tarixdə
Ombudsmanın tapşırığı əsasında MPQ üzvləri tərəfindən Penitensiar Xidmətin 3
saylı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib. MPQ-nin həkim
üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bəzi təqsirləndirilən şəxslərlə
yanaşı, informasiya sorğunuzda barəsində bəhs edilən Emin İbrahimov da fərdi
qaydada qəbul edilib, müraciəti dinlənilib. Ona Ombudsmanın səlahiyyətləri və
müraciət imkanları barədə izahat verilib.
Emin İbrahimovun sağlamlıq vəziyyəti
daimi həkim nəzarətindədir. Səhhəti normaldır", - sorğu cavabında qeyd olunub.
Emin İbrahimov iyulun 22-də adam bıçaqlamaq şübhəsi ilə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Sabiq diplomat hazırda 4 ay müddətinə həbs olunub. Həbsinə etiraz olaraq İbrahimov 13 gündür aclıq elan edir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !