Bu gün Belçika qəzetləri və ölkə ictimaiyyətini narahat edən məsələlərdən biri 130 kiloluq qadının səhiyyə naziri təyin edilməsi məsələsidir.ANN.Az xəbər verir ki, Belçikanın yeni səhiyyə naziri De Block-un həddindən artıq kök olması "Artıq çəki ilə mübarizədə necə inandırıcı olacaq" mübahisəsinə yol açıb. Ölkədə 5 ay davam edən siyasi böhrandan sonra qurulan mərkəzi sağ koalisiya hökumətində Səhiyyə Nazirliyinin rəhbərliyinə ölkənin ən məşhur siyasətçilərindən biri hesab olunan Maggie De Block gətirilib. Amma xanımın 130 kilo olması həm müxalifəti, həm də yerli medianı çox narahat edib. Hətta bəzi qəzetlər onunla istehza etməkdən belə çəkinməyiblər və "səhiyyə nazirimiz Rembrantın tablolarındaki kök qadınlara bənzəyir" deməkdən belə çəkinməyiblər.Lakin flaman mənşəli De Block tənqidlər qarşısında özündən çox əmindir. 52 yaşlı nazir 25 illik ailə həkimi təcrübəsindən istifadə edərək Səhiyyə sistemində köklü islahatlar edəcəyini vəd edir. Eyni zamanda o, ölkənin baş naziri postuna real namizədlərdən hesab olunur. Özü haqqında isə qısa fikri belədir: "Bir model olmadığımı bilirəm. Amma əhəmiyyətlisi qutunun xarici deyil. içidir. Mənim də "qutumun" içi doludur"
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !