Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO

09:45 | 14.03.2022
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO

Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO

Fransalı siyasi fəal Pyer Afner Rsuiya prezidenti Vladimir Putinin qızına keçmiş erinə məxsus olduğu bildirilən Biarritzdəki  villaya daxil olaraq Ukraynaya dəstək videosu çəkib. Bu barədə Rusiyada xarici agent elan edilən "The Insider” nəşri yazır.


Videoda Afner villanın eyvanında və binasının içərisində əlində Ukrayna bayrağı tutaraq foto çəkdirib. 


Afner və "The Insider" nəşri iddia edir ki, Biskay körfəzindəki dəbdəbəli villa Vladimir Putinin  qızı Yekaterina Tixonovanın keçmiş əri Kirill Şamalova məxsusdur.


Malikanəni Şamalov  2012-ci ildə Gennadi Timçenkodan alıb, bu  faktı 2015-ci ildə Reuters agentliyi apardığı araşdırma nəticəsində üzə çıxarmışdı.


Afnerin Facebook səhifəsindəki yazıda bildirilir ki, o, təkcə video çəkməyib, həm də binanın kilidlərini dəyişib və ukraynalı qaçqınları dəbdəbəli villada yerləşdirmək niyyətindədir.
 



N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM