• $ 1.7
  • € 1.9849
  • ₽ 0.021912
  • ₺ 0.0423
  • £ 2.3046

Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək

Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06.07.2025 09:00

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3 078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 18 013, III ixtisas qrupu üzrə imtahanda isə 23 470 nəfər olmaqla, ümumilikdə 41 483 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda ferma yanıb
Cəmiyyət 22:52
Lənkəranda ferma yanıb
DİN ikitəkərli nəqliyyat vasitələri ilə bağlı profilaktik tədbirləri davam etdirir
Cəmiyyət 21:13
DİN ikitəkərli nəqliyyat vasitələri ilə bağlı profilaktik tədbirləri davam etdirir
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəmiyyət 19:47
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib
Arazda batan azyaşlının meyiti tapılıb
Cəmiyyət 19:00
Arazda batan azyaşlının meyiti tapılıb
İkinci Fəxri xiyaban təmirə bağlanıb
Cəmiyyət 18:16
İkinci Fəxri xiyaban təmirə bağlanıb
Gəncədə moped maşınla toqquşub - Xəsarət alan var
Cəmiyyət 18:02
Gəncədə moped maşınla toqquşub - Xəsarət alan var

İstilik enerjisindən istifadə qaydaları hazırlanacaq
Cəmiyyət 17:47
İstilik enerjisindən istifadə qaydaları hazırlanacaq

Hərbi prokurorun müavini işdən çıxarılıb, Sumqayıta yeni hərbi prokuror təyin edilib-ƏMR
Cəmiyyət 17:23
Hərbi prokurorun müavini işdən çıxarılıb, Sumqayıta yeni hərbi prokuror təyin edilib-ƏMR


Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Cəmiyyət 17:10
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol