Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib

Türkiyənin İstanbul şəhərindəki Heydər Əliyev parkında yerləşən büstün götürüləcəyi və parkın ərazisində mədəniyyət mərkəzinin tikiləcəyi barədə yayılan məlumatlar təkzib olunub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, Şişli rayonundakı Heydər Əliyev parkının sökülməsi və yerində mədəniyyət mərkəzinin inşası ilə bağlı iddialar əsassızdır.
Qeyd olunub ki, Şişli Bələdiyyəsi tərəfindən sözügedən ərazidə hər hansı iş aparılmır və belə bir layihə də gündəmdə deyil.
Mərkəz iki ölkə arasındakı münasibətləri hədəf alan və ictimaiyyəti yanıltmağa yönəlmiş təxribat xarakterli məlumatlara etibar edilməməsinə çağırıb.
Son xəbərlər 
Daha çox 























