• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin quruyan sahilləri kimə məxsus olacaq? - təklif

Xəzərin quruyan sahilləri kimə məxsus olacaq? - təklif
24.11.2026 12:00

Milli Məclisin deputatı Zahid Oruc Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində yaranan yeni quru sahələrinin hüquqi statusunun müəyyənləşdirilməsini və onların dövlət nəzarətində saxlanılmasını təklif edib. O bildirib ki, əvvəlcə bu ərazilərin ekoloji təhlükəsizliyi qiymətləndirilməli, yalnız bundan sonra istifadəsi ilə bağlı qərarlar qəbul olunmalıdır.

Zahid Oruc qeyd edib ki, Xəzərin səviyyəsinin azalması sahilboyu ərazilərdə yeni problemlər yaradır və bu proses dövlətin xüsusi diqqətini tələb edir.

Deputat bildirib ki, Prezident İlham Əliyev Xəzərin ekoloji sammitində dənizin su səthinin 20 min kvadratkilometrdən çox azaldığını, Azərbaycanın sektorunda isə 300 kvadratkilometrə yaxın yeni quru sahənin yarandığını açıqlayıb.

“Dənizin suyunun çəkilməsi nəticəsində yeni sahələrin hüquqi statusunun, rəqəmsallaşdırmanın və dövlət nəzarətinin vahid qaydada tənzimlənməsi gərəkdir. Limanlarda suyun dərinliyi azalır, gəmiçilik çətinləşir. Sahillərdə antisanitar vəziyyətin aradan qaldırılması və balıq ehtiyatlarının qorunması üçün xüsusi dövlət tədbirlərinə ehtiyac var”, - deputat bildirib.

Zahid Oruc hesab edir ki, dənizin çəkilməsi nəticəsində yaranan ərazilərin şəxsi maraqlar naminə mənimsənilməsinə yol verilməməlidir.

“Əvvəlcə yeni sahələrin ekoloji təhlükəsizliyi müəyyənləşdirilməlidir, sonra istifadəsinə dair qərar verilə bilər. Dənizin səviyyəsinin azalmasında təbii amillərin və sahilboyu dövlətlərin fəaliyyətinin rolu da birgə araşdırılmalıdır”, - o vurğulayıb.

Deputat çıxışında Abşeron dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin yenilənməsinə də münasibət bildirib.

O qeyd edib ki, 2009-cu ildə imzalanmış ilkin sazişin yeni redaksiyası SOCAR, Fransanın “TotalEnergies” və Birləşmiş Ərəb Əmirliklərinin “ADNOC” şirkətinin iştirakı ilə yeni investisiya mərhələsinə keçidi nəzərdə tutur.

Sazişə əsasən, SOCAR və “TotalEnergies”in hər birinin layihədə payı 35%, “ADNOC”un payı isə 30% təşkil edir.

Zahid Orucun sözlərinə görə, Abşeron yatağında 2023-cü ildə başlanmış ilkin hasilatın illik gücü 1,5 milyard kubmetrdir. Layihənin tam miqyasda işləməsi nəticəsində 2029-cu ildə bu göstəricinin 6 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Deputat vurğulayıb ki, Azərbaycanın enerji layihələrindən əldə etdiyi gəlirlər ölkənin iqtisadi və siyasi qüdrətinin möhkəmlənməsində mühüm rol oynayıb. O, Xəzərin milli sektorunun qorunmasını da dövlətin strateji vəzifələrindən biri hesab etdiyini bildirib.

“Biz ərazilərimizin itirilməsinə razı olmadığımız kimi, Xəzərin sahillərinin nəzarətsiz qalmasına və təbii mühitin tədricən məhv olmasına da yol verməməliyik”, - Zahid Oruc əlavə edib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Bəzi yerlərə qar yağıb - faktiki hava
Baku 2015 12:38
Bəzi yerlərə qar yağıb - faktiki hava
Sabahın hava proqnozu açıqlanıb
Baku 2015 12:36
Sabahın hava proqnozu açıqlanıb
Bakıda intensiv yağış, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ
Baku 2015 16:46
Bakıda intensiv yağış, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ
Xaçmaz və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Baku 2015 14:50
Xaçmaz və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
Yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Baku 2015 10:36
Yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Sabah yağış yağacaq
Baku 2015 13:05
Sabah yağış yağacaq
Sabahın hava proqnozu açıqlanıb
Baku 2015 12:10
Sabahın hava proqnozu açıqlanıb
Sabah hava yağmursuz olacaq
Baku 2015 13:15
Sabah hava yağmursuz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol