• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır

Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
24.11.2026 11:18

Milli Məclisin deputatı Zahid Oruc Ermənistanın 2027-ci ildə yeni Konstitusiyanı qəbul edərək sülhü Ana Qanununda təsbit etməli olduğunu açıqlayıb. Deputat bu barədə Milli Məclisdə çıxışı zamanı bildirib.

Zahid Oruc qeyd edib ki, Ermənistanın yeni Konstitusiya layihəsi təkcə qanunvericilik dəyişikliyi deyil, həm də ölkənin dövlətçilik ideologiyasının, qonşu dövlətlərə münasibətinin və gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə Ermənistanın əvvəlki siyasi və milli ideyalarının dəyişməsi üçün yeni şərait yaradıb.

Deputat Ermənistanın 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə də toxunaraq hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 726 min 819 səs topladığını xatırladıb.

Zahid Oruc hesab edir ki, yeni Konstitusiyanın qəbulu və sülh müqaviləsinin gələcəyi yalnız Ermənistan hakimiyyətinin deyil, ölkə vətəndaşlarının da iradəsindən asılı olmalıdır.

O, Ermənistanın yeni Konstitusiya layihəsində ərazi iddialarına yer verilməməsinin başqa dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.

Deputat, həmçinin ABŞ Prezidenti Donald Trampın TRIPP layihəsinin icrasının başlanması ilə bağlı açıqlamasına toxunaraq regionun yeni iqtisadi və nəqliyyat imkanları qarşısında olduğunu bildirib.

Zahid Orucun fikrincə, Ermənistan qarşısında iki seçim var: dinc qonşuluq və əməkdaşlıq, yaxud ərazi iddialarının davam etdirilməsi.

“Azərbaycan xalqı Konstitusiyasını 44 müqəddəs gündə yenidən təsdiqlədi. İndi Ermənistan da 2027-ci ildə sülhü öz Ana Qanununa yazmalıdır!”, - deputat vurğulayıb.

Ermənistan noyabrın 23-də yeni Konstitusiya layihəsini dərc edib. Layihənin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Azərbaycan bu sənəddəki istinadı ərazi iddiaları ilə əlaqələndirir və sülh sazişinin imzalanması üçün Konstitusiyada müvafiq dəyişikliklərin edilməsini vacib sayır.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol