Azərbaycanda dövlət fondları hesabına kreditlərin biznes portfelində payı 6,9%-ə enib

Azərbaycanda dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilən kreditlərin ümumi biznes kredit portfelində payı 2026-cı ilin sentyabrına 6,9%-ə düşüb. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin sonundan 2026-cı ilin sentyabrınadək biznes kreditləri 89,3% artıb. Eyni dövrdə dövlət fondları hesabına maliyyələşdirilən kreditlərdə artım 5% təşkil edib.
2025-ci ilin sentyabrından 2026-cı ilin sentyabrınadək isə biznes kredit portfeli 18,6%, dövlət fondlarının vəsaiti hesabına verilən biznes kreditləri 14,7% böyüyüb. Beləliklə, sonuncunun artım tempi ümumi biznes kreditlərinin artımından 3,9 faiz bəndi geri qalıb.
Assosiasiya nümayəndəsi əhalinin banklardakı depozitlərinin 19 milyard manata yaxınlaşmasının bankların biznesi maliyyələşdirmək imkanlarını genişləndirdiyini qeyd edib.

























