“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Flydubai” aviaşirkəti sentyabrın 30-da təyyarənin göyərtəsində baş verən insidentdən sonra İsraillə dayandırdığı hava əlaqəsini dekabrın əvvəlində bərpa etməyi planlaşdırır.Bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.
Məlumata görə, uçuşların bərpası məsələsi noyabrın 23-də İsrailin Nəqliyyat Nazirliyində keçirilən müşavirədə müzakirə olunub. İlkin mərhələdə “Flydubai” həftədə 42-dək reys həyata keçirəcək. Bu göstərici uçuşların dayandırılmasından əvvəlki dövrlə müqayisədə daha azdır.
Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Buna ikinci pilotun hava gəmisinin kapitanına hücum etməsi səbəb olub. Hər iki pilot xəsarət alıb.
BƏƏ hakimiyyət orqanları insidentin təfərrüatlarını araşdırmaqda davam edir.
Son xəbərlər 
Daha çox 























