Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılmasını müsbət qiymətləndirib. O bildirib ki, açıqlanan mətndə Azərbaycana qarşı ərazi iddiaları görünmür.
“Biz bunu çox müsbət inkişaf kimi dəyərləndiririk”, — Bayramov deyib. Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbul olunma vaxtı Ermənistanın daxili məsələsidir.
Azərbaycan tərəfi Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından sonra paraflanmış sülh sazişini imzalamağa hazır olduğunu bildirib. Saziş tərəflər arasında Vaşinqton sammiti çərçivəsində paraflanıb.
























