Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini dərc edib və vətəndaşları sənədlə tanış olmağa, təkliflərini bildirməyə çağırıb.
Paşinyan layihəni bunun üçün xüsusi yaradılmış veb saytda yerləşdirərək sosial şəbəkə hesabında paylaşıb.
“Əziz xalqım, əziz Ermənistan Respublikasının vətəndaşları. Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini xüsusi olaraq bu məqsədlə yaradılmış veb saytda təqdim etməkdən məmnunam”, – Paşinyan yazıb.
O bildirib ki, sayt hər bir vətəndaşın layihə ilə tanış olması və öz təkliflərini təqdim etməsi üçün istifadəyə verilib.
Paşinyan, həmçinin saat 10:00-da canlı yayımda çıxış edəcəyini açıqlayıb.
“Bu, sizin Konstitusiyanızdır”, – baş nazir qeyd edib.

Son xəbərlər 
Daha çox 






















