Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişənin nizamlanmasına dair razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra İrana zərbələrin bərpa edilməsinə meylli olduğunu bildirib.
Bunu "Fox News" telekanalının müxbiri Trey Yinqst ABŞ lideri ilə müsahibəsinin nəticələrinə əsasən deyib.
"Prezident "Fox News"a bildirib ki, razılaşma əldə olunmasa, Yeni ildən sonra İrana zərbələrin bərpasına meyllidir", - jurnalist efirdə bildirib.
Tramp ABŞ və İran arasında sülh yolu ilə nizamlanmaya dair dolayı danışıqların davam etdiyini də təsdiqləyib.
Yinqstin sözlərinə görə, Vaşinqtonla Tehran arasında mesajların ötürülməsində Qətər vasitəçi kimi çıxış edir. Məqsəd münaqişənin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığını müəyyənləşdirməkdir.

Son xəbərlər 
Daha çox 






















