Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib

Almaniyanın Bavariya federal əyalətinin Allqoy bölgəsindəki Bad-Qrönenbax şəhərində kilsədə dəm qazının sızması nəticəsində 19 nəfər xəsarət alıb.Bu barədə "Blue News" xəbər verir.
Hadisə yerində təcili tibbi yardım, yanğınsöndürən və polis əməkdaşlarının iştirakı ilə genişmiqyaslı xilasetmə əməliyyatı aparılıb.
İlkin məlumata görə, hadisəyə istilik sistemindəki nasazlıq səbəb olub. Xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















