• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib

Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
22.11.2026 12:01

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasportlarına malik vətəndaşlar üçün qarşılıqlı viza tələbi ləğv edilib.Bu barədə Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Qərar vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə qəbul edilib.

Yeni qaydalara əsasən, hər iki ölkənin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkəyə vizasız daxil ola, ölkədən çıxa və tranzit keçə bilərlər. Onlar hər 180 gün ərzində 90 gündən çox olmamaq şərtilə digər ölkənin ərazisində qala bilərlər.

Dövlət Miqrasiya Xidməti bildirib ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda əcnəbilər müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Müraciət "ASAN xidmət" mərkəzlərindəki "miqrasiya xidmətləri" işçi pəncərələri vasitəsilə fiziki, həmçinin Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsi vasitəsilə elektron qaydada təqdim edilə bilər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Sevinc Maniyeva vəfat edib
Cəmiyyət 20:42
Sevinc Maniyeva vəfat edib
Ağdamda itlər məktəbli qıza hücum edib
Cəmiyyət 18:09
Ağdamda itlər məktəbli qıza hücum edib
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Cəmiyyət 16:27
Sabah bir sıra bölgələrdə güclü külək əsəcək – sarı xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol