İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 01:25-də baş verən zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bal gücündə hiss olunub.
























