Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək

Ermənistan hökuməti noyabrın 22-də "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmən elan edəcək.
Bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumunda NVIDIA şirkətinin vitse-prezidenti Rev Lebaredyanın iştirakı ilə keçirilən müzakirədə bildirib.
"Sabah biz TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik", - Paşinyan deyib.
Baş nazir layihənin mühüm tərkib hissələrindən birinin elektrik enerjisinin tranziti olacağını qeyd edib. Onun sözlərinə görə, Ermənistan enerji şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirməyi planlaşdırır.
























