Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili ölkənin Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini altı ay müddətinə bağlamaq qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Rusiya XİN xəbər verir ki, bunu qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Estoniya hakimiyyətinin bu qərarı "qarşıdurma xarakterlidir".
Zaxarova qeyd edib ki, qərar iqtisadi və sosial sahələrdə, xüsusilə Estoniyanın sərhədyanı regionlarında mənfi nəticələrə səbəb olacaq.
"Ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin qəbuledilməzliyi barədə Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq üçün Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb", - o bildirib.
Son xəbərlər 
Daha çox 























