Prezident gürcüstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.
Dövlət başçısı məktubunda Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərinin onu dərindən sarsıtdığını bildirib.
Faciə ilə əlaqədar İlham Əliyev həlak olanların ailələrinə və yaxınlarına, eləcə də bütün Gürcüstan xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından başsağlığı verib, yaralananlara şəfa diləyib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















