• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib

Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
21.11.2026 08:17

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər.

Daha sonra Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlərin İlham Əliyev və To Lamın iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə ediblər.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Prezidentinin Ofisi rəhbərinin müavini Nguyen Hoanq Anh mübadilə ediblər.

“Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “ROX Group” arasında İcra Müqaviləsi”ni Azərbaycanın energetika naziri Pərviz Şahbazov və “ROX Group”un təsisçisi və sədri Tran Anh Tuan mübadilə ediblər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
Siyasət 08:10
İlham Əliyev və To Lam geniş tərkibdə görüş keçirib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Siyasət 19:30
İŞİD-in Xorasan qruplaşmasına qoşulan azərbaycanlılar həbs edildi
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Siyasət 14:24
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Siyasət 12:38
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Siyasət 21:55
Azərbaycan Tbilisidəki partlayışla bağlı Gürcüstana başsağlığı verib
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 21:08
Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
Siyasət 17:13
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
İlham Əliyev Vyetnama səfər edəcək
Siyasət 14:19
İlham Əliyev Vyetnama səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol