İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib.
Vyetnam və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Prezidenti To Lam və xanımı No Fon Li Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Azərbaycan və Vyetnamın Dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsinin rəisi İlham Əliyevə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Daha sonra Vyetnamın rəsmi şəxsləri İlham Əliyevə, Azərbaycanın nümayəndə heyətinin üzvləri isə To Lama təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib və daha sonra rəsmi foto çəkdirilib.

Son xəbərlər 
Daha çox 






















