Sumqayıtda yol çöküb

Sumqayıtda Üzeyir Hacıbəyli küçəsində yolun daha bir hissəsində çökmə baş verib.
"Report"un məlumatına görə, hadisə küçənin növbəti hissəsində qeydə alınıb.
Çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb və problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Üzeyir Hacıbəyli küçəsində əvvəllər də yolun müxtəlif hissələrində çökmələr baş verib. Bir neçə gün əvvəl küçənin başqa bir hissəsində yaranan çökmə aradan qaldırılıb. Bir neçə ay əvvəl də eyni küçədə yolun digər hissəsi çökərək təmir olunub.
Son xəbərlər 
Daha çox 























