Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma, 15030 isə boşanma halları qeydə alınıb.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Son xəbərlər 
Daha çox 























