BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə çıxmağı planlaşdıran sürücülərə nasaz avtomobillə yola çıxmamaq barədə xəbərdarlıq edib.Bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, yollarda hərəkət intensivliyinin artması qəza riskini yüksəldir. Mövsümə xas qeyri-sabit hava şəraiti isə bu riski daha da artırır.
BDYPİ-nin məlumatında qeyd olunub ki, həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artması sürücülərdən daha məsuliyyətli davranmağı tələb edir. Təhlükəsizlik qaydalarına əməl edilməməsi və hərəkət zamanı məsuliyyətsiz davranış ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
İdarə sürücülərə səfərdən əvvəl avtomobillərinin texniki vəziyyətini yoxlamağı, yol və hava şəraitini nəzərə almağı, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət həddinə, ötmə və manevr qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Son xəbərlər 
Daha çox 






















