Bakıda evdən 4 min manat oğurlanıb, şübhəli saxlanılıb

Bakının Binəqədi rayonunda evdən 4 min manat oğurlanıb.Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Zərərçəkən avtomobil almaq məqsədilə banklardan birindən 4 000 manat kredit götürərək pulu yaşadığı evə gətirib.
O, mənzildə olmadığı müddətdə pulun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən zərərçəkənin köhnə tanışı N. Qədirli saxlanılıb. Onun əvvəllər də oğurluq cinayətinə görə məhkum olunduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər 
Daha çox 





















