Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək

Ağ Evin kibertəhlükəsizlik direktoru Şon Kernkross Tramp administrasiyasında kadr dəyişiklikləri fonunda vəzifəsindən gedir.
Bu barədə "Axios" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, onun yerinə hazırda Pentaqonun baş informasiya zabiti olan Kirsten Devis seçilib. Onun namizədliyi Senatın təsdiqindən asılıdır.
























