Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməməsi halında istefa verəcəyini açıqlayıb. O, sənədin qəbulundan sonra Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqla yanaşı, davamlı və dönməz sülhə nail olacağınıaçıqlayıb. Paşinyan bu barədə noyabrın 23-də Ermənistanın yeni Konstitusiya layihəsinin dərc olunması münasibətilə xalqa müraciətində deyib.
“Əziz xalqım, deyirəm ki, yeni Konstitusiyanın qəbulundan sonra biz təkcə sülh müqaviləsini imzalamaqla kifayətlənməyəcəyik, həm də davamlı və dönməz sülhə nail olacağıq”, – baş nazir bildirib.
Baş nazir əlavə edib ki, yeni Konstitusiya qəbul edilməsə, istefa verəcək. Xalq sənədin lehinə səs verərsə, növbəti seçkilərdə baş nazirliyə namizədliyini irəli sürməyəcəyini də bəyan edib.
“Əziz xalqım, vəd etdiyimiz gələcəyə çatdıq, sadəcə əlimiz çatıb onu götürməliyik”, – Paşinyan vurğulayıb.

Son xəbərlər 
























